Qazax şəhəri
Qazax müəllimlər Seminariyası

Regenerasiya konsepsiyası
Layihə: Konsepsiya, eskiz layihə
Tarix: 2021
Yerləşmə: Qazax şəhəri

Qazax Müəllimlər Seminariyasının tarixi binasının revitalizasiya konsepsiyası. Regionlarda təhsilin inkişafı adına misilsiz xidmətlər göstərmiş, neçə-neçə ziyalımız üçün alma mater olmuş bu ocaq uzun illərdən sonra ADA Universitetinin təşəbbüsü ilə yenidən tarixi fəaliyyətinə başladı.

Daxildə təhsil ocağının tarixi şöhrətinə uyğun müasir tədris şəraiti yaradılır. Daxili həyətdə eyvanlar qorunaraq, geniş çoxfunksiyalı atrium qurulur. Burada açıq lektoriy, sərgi və istirahət zonaları yerləşir, atrium həm də paylayıcı məkan funksiyasını daşıyır. Birmərtəbəli korpusun damında atriumla əlaqələnən terras yerləşir


Layihə iştirakçıları: Toğrul Bayramov, Rəsul Rzalı, Teymur İsazadə, Çiçək Bayramlı, Lalə İskəndərli.