Mədəniyyət sarayının
memarlıq konsepsiyası
Layihə: Memarlıq konsepsiyası
Tarix: 2022
Yerləşmə: Ağdam şəhəri

Ağdam yenidən qurulan Qarabağın ən iri şəhəri olacaqdır. Ora üçün təklif edilən mədəniyyət mərkəzi şəhərin qəbul edilmiş baş planına, ümumi memarlıq simasına və funksional tələblərinə uyğun olaraq seçilmiş ərazidə layihələndirilib. Burada iri konsert zalı ilə yanaşı ictimai məkan rolunu oynayacaq geniş təbii işıqlandırmalı vestibül, daxili həyət, ümumi istifadəli açıq və qapalı məkanlar nəzərdə tutulub.

Binanın estetik həllində müasir materiallarla yanaşı şəhərin tarixi memarlığına istinad edən üsullardan istifadə edilib. Qarabağ memarlıq məktəbinin çağdaş interpretasiyası vasitəsi ilə, köklərə bağlılıq qorunaraq şəhərin yeni inkişaf dövrünə girməsini ifadə edir.


Layihə iştirakçıları: Müslüm İmranlı, Toğrul Bayramov, Çiçək Bayramlı, Rəsul Rzalı, Səkinə Nağıyeva,
Leyla Cəbrayılova.