Layihə: 95 obyektin abidə pasportunun hazırlanması
Tarix: 2022-2023
Yerləşmə: İsmayıllı rayonu
Dövlət Turizm Agentliyi nəzdində Qoruqları İdarəetmə Mərkəzi tərəfindən Lahıc tarix-memarlıq qoruğunda yerləşən 95 memarlıq abidəsinin irimiqyaslı tədqiqi və abidə pasportlarının hazırlanması sifariş verilmişdi. Bunun üçün tərəfimizdən hər bir abidənin arxiv məlumatları araşdırılmış, yerli əhali ilə sorğular keçirilmiş, aşkar olunan bütün kitabələr tərcümə və estampaj edilmişdir.