function toggleLanguage() { if (location.href.endsWith("-en")) { location.href = location.href.replace("-en", "-az"); } else { location.href = location.href.replace("-az", "-en"); } }
Böyük Mərcanlı kəndinin şəhərsalma əsaslandırılması
Layihə: Şəhərsalma əsaslandırılması
Tarix: 2024
Yerləşmə: Böyük Mərcanlı kəndi, Cəbrayıl rayonu

Böyük Mərcanlı kəndi Cəbrayıl rayonunda, Araz vadisində, düzənlik ərazidə yerləşir. İşğaldan əvvəl rayonun ən iri məntəqələrindən biri idi, burada kənd təsərrüfatı ilə yanaşı qida sənayesi və yüngül sənaye inkişaf etmişdi. Yeni Baş plana görə də iri yaşayış məntəqəsi kimi layihələndirilən kəndin mərkəzi yarımdairəvi meydan formasında tarixi yerində bərpa olunacaq. Düzən relyefdə trafiki sakitləşdirmək məqsədi ilə əsas küçələr döngəli həll olunub.

Kəndin içindən keçən istifadəsiz suvarma və drenaj kanallarının məcrası və ətrafı yaşıl dəhlizlər kimi qorunur. Zəruri sosial infrastruktur xidmət radiuslarına uyğun yerləşdirilib. Kənd böyüdükcə, şərq hissəsində ikinci mərkəz formalaşacaq. Bundan başqa, müəyyən məsafədən bir məhəllə meydanları nəzərdə tutulub. Memarlıq həlləri Araz vadisinin təbii şəraitinə uyğun, yerli ənənələrdən ilhamlanaraq hazırlanıb. Burada əsas istifadə olunan materiallar açıq rəngli kərpic, əhəng daşı və isti tonlarla boyanmış suvaqdır.

Layihə iştirakçıları: Toğrul Bayramov, Rəsul Rzalı, Teymur İsazadə, Çiçək Bayramlı, Ruhin Əlibəyli, Cavid Cabbarov, Ramid Səlimov.