Gədəbəy rayonu Qız qalasının bərpa layihəsi
Layihə: Konseptual, eskiz və işçi
Tarix: 2020-2023
Yerləşmə: Gədəbəy rayonu

Azərbaycanın ən əzəmətli abidələrindən biri olan Gədəbəy Qız Qalasının konservasiya və turizm inkişaf layihəsi komandamız tərəfindən geniş tədqiqat nəticəsində ərsəyə gətirilmişdir. Qalanın xüsusiyyəti tikintidə istifadə edilmiş qırmızı kərpic və əlçatmaz mövqeyindədir. SWOT analiz, müasir yanaşmalar, yerli ənənələr, hədəf kütləsi, mövqe və ərazi araşdırılaraq geniş konservasiya konsepsiyası, eskiz və işçi layihələri hazırlanmışdır..


İştirakçılar: Toğrul Bayramov, Rəsul Rzalı, Teymur İsazadə, Ayan Şirinova, Riad Hüseynov, Səkinə Nağıyeva.